Yumurta və Ev Quşlarının Analizi
Yumurta və ev quşları məhsullarının istehlakı getdikcə artmaqdadır. Dünyada istehlak edilən ət məhsullarının üçdə bir hissəsi ev quşlarının payına düşür. Son illərdə yumurta istehsalı beynəlxalq səviyyədə də getdikcə artmaqdadır.
Bazarın sürətlə böyüməsi, həmçinin yumurta və quşçuluq məhsullarının asanlıqla xarab olma xüsusiyyəti bu məhsulların analizlərinə olan tələbin çoxalmasına səbəb olmuşdur.
Yumurta və ev quşlarında mikrobioloji çirkləndiricilər və ya baytarlıq dərmanı qalıqları ola bilər. Dioksinlər, PXB-lər, pestisidlər, ağır metallar və ya mikotoksinlər kimi digər qalıqlar və çirkləndirici maddələr də yumurta və ev quşlarına, məsələn, yemləmə vasitəsilə keçə bilərlər.
Eurofins yumurta və quşçuluq sahələrində ixtisaslaşmış laboratoriyaları vasitəsilə Sizə xidmət etməkdən məmnunluq duyur. Məhsullarınızın keyfiyyət və təhlükəsizlik nəzarəti üçün, xahiş edirik, bizimlə əlaqə saxlayın.