JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Məhsul Qrupları >> Uşaq Qidaları

Uşaq Qidaları

Sidebar Image

Uşaq yeməkləri istehsalı yalnız istehsalçılardan və fermerlərdən deyil, qida analizi laboratoriyalarından da yüksək keyfiyyət və təcrübə tələb edir. Körpəlik və uşaqlıq dövrləri qida qəbulunun bədən çəkisinə nisbətən ən yüksək səviyyədə olduğu dövrlər olduğu üçün qanunvericilik körpə və uşaqlara xüsusi şəkildə qorunmalı olan demoqrafik qrup kimi baxır. Buna görə də körpə və uşaq qidalarında məhsul yetişdirilməsi və ya istehsalatdan yarana biləcək toksik tullantıların miqdarı digər qidalara nisbətən tələb edilən səviyyədən xeyli daha artıq azaldılmalıdır. 

(EC) 1881/2006 və qidalanma direktivlərində xüsusi qidalanma ehtiyacları və ənənəvi məhsullara görə xeyli az miqdarda olan çirkləndirici limitləri müəyyənləşdirilmişdir.

Pestisid qalıqlarına yol verməmək üçün körpə yeməyi formullarında bir çox hallarda təbii qidalardan istifadə edilir. Ağır metallar və mikotoksinlər kimi digər çirkləndiricilərə yetişdirmə və anbarda saxlama şəraiti vasitəsilə bu və ya digər dərəcədə nəzarət etmək mümkün olsa da, onlar yüksək tərəddüdlərə qarşı həssasdırlar və aradan qaldırılmaları daha çətindir.   

Eurofins Qrupu məhsullarınız və ehtiyaclarınız üçün xüsusi hazırlanmış testlər vasitəsilə Sizə dəstək göstərməkdən məmnuniyyət duyur.