JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Məhsul Qrupları >> Toxumlar

Toxumlar

Sidebar Image

Toxumlar kənd təsərrüfatı piramidasının zirvəsində dayanırlar. Bir toxumun keyfiyyəti, təbii olaraq, qidanın və yemin əsasını formalaşdırır. Getdikcə mürəkkəbləşən qlobal ticarət axınları içində təhlükəsiz və keyfiyyətli qidaya artan tələbat və stabil şəkildə böyüyən istehsal, istehsalat və bitkiçiliyə əsaslanan kənd təsərrüfatı məhsullarına nəzarət sahəsində çətinliklərin getdikcə artdığını göstərir. Məsələn, ənənəvi toxumlarda genetik olaraq dəyiştirilmiş orqanizmlərə (GDO) nəzarət bir çox bazarlar üçün əhəmiyyətli bir zərurətdir. Toxum istehsalçıları geniş bir GDO analizi xidməti ilə yanaşı, „Eurofins“də Real vaxtlı PZR analizlərinin hazırlanması və yoxlanılması sahəsində özlərinə etibarlı biznes ortağı tapmış olurlar. ISTA tərəfindən qəbul edilmiş cücərdilmə potensialının və saflığının müəyyənləşdirilməsində istifadə edilən analizlərdə Eurofins toxumların keyfiyyət təhlükəsizliyi üçün səriştəli bir ortaqdır.

Toxum istehsalından əkinə və sonrakı mərhələdə məhsul yığımı və marketinqə qədər bitkiçilik məhsullarının təhlükəsizliyi və keyfiyyəti ən əhəmiyyətli məsələdir. „Eurofins“in beynəlxalq uzunmüddətli təcrübəsi və dərin peşəkarlığı onun müasir laboratoriyalarında toxumların yoxlanılmasına yönəlmiş yerli və xüsusi həll variantlarına imkan yaradır.