Dəniz Məhsulları
İstehlakçıların sağlamlıq barədə bilikləri artdıqca, balıq, dəniz məhsulları və yosun kimi diğər dəniz məhsullarına maraqları da artır. Bu məhsulların tərkibində qida dəyəri yüksək, asanlıqla həzm olunan zülal, sağlam yağ turşuları (Omega-3 yağ turşuları) və xüsusilə, yod kimi qiymətli vitamin və minerallar var.
Dünyada balıq istehsalı son illərdə getdikcə artmışdır. Ovçuluq vasitəsilə balıq və dəniz məhsulları istehlakı nisbətən sabit qalmışdırsa da, balıqlara artan tələbatı, əsasən, balıqçılıq təsərrüfatları qarşılayırlar. Bu təsərrüfatların illik böyümə səviyyəsi təqribən 6%-dir.
Balıqların və balıqçılıq təsərrüfatlarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi üçün Eurofins öz ixtisaslaşmış laboratoriyalarında analitik mükəmməlliyə əsaslanır. Məhsullarınızın keyfiyyət və təhlükəsizliyinə nəzarət etməkdə Sizə xidmət göstərməkdən məmnuniyyət duyuruq.