Orijinallıq (Əsillik) Testləri
2013-cü ildə at əti ilə bağlı qalmaqal ortya çıxdıqdan sonra ərzaqların orijinallığı və saxtalaşdırılması istehsalçılar və istehlakçılar baxımından olduqca ciddi əhəmiyyət daşımağa başladı.
Eurofins olaraq, ərzaq və yemlərin orijinallığının testlərlə yoxlanması sahəsində dünyada liderik.
Yenilikçi metodlardan istifadə etməklə, ərzaq testlərində DNA əsaslı analitik texnologiyalarımızla müştərilərimizin məhsullarının təhlükəsizliyini və orijinallığını inkişaf etdirməkdə liderlik edirik.
Eurofins olaraq, SNIF-NMR texnologiyasına və müvafiq orijinallıq testi metodlarının patentlərinə malikik.
Müvafiq məhsullar
Meyvə suyu və müvafiq məhsullar: şəkər, su, qida boyaları, aromat və ya məlumat verilməyən digər qatqı əlavələri, meyvə səviyyəsinin müəyyənləşdirilməsi və coğrafi mənşəyin yoxlanması.
Şərab: şəkər, durulaşdırma və ya qliserol əlavə edilməsi, məhsulların köpüklə təchizi proseduru, izotopların profil uyğunluğunun müəyyənləşdirilməsi və coğrafi mənşəyin yoxlanılması.
Alkoqollu içkilər – pivə: alkoqolun botaniki mənşəyinin yoxlanılması, su, şirin və şirinləşdirici (mövcud tədbirlər və/ və ya məhsulun xüsusiyyətlərinə görə) əlavəsinin müəyyənləşdirilməsi;
Bal, qızılağac siropu, səbirotu siropu: şəkər əlavəsi və ya digər məlumat verilməmiş qatqı maddələrinin aşkar edilməsi və coğrafi mənşəyin yoxlanılması
Aromatlar: hər hansı bir dadın təbii olaraq X-ə aid olub-olmadığının yoxlanılması (vanil, cirə toxumu, acı badam, darçın, linalol və s.), təbiilik və ya süniliyin yoxlanılması.
Qəhvə, çay, ədviyyat və bitki nektarları: Müqayisələr. Məsələn: Arabica-Robusta və qəhvə-hindiba və s. Çayda, qəhvədə və tərkibində quarana olan içkilərdə təbii və süni mənbələrin araşdırılması / coğrafi mənşəyin yoxlanılması.
ət məhsulları: heyvan növlərinin yoxlanılması
balıq: heyvan növlərinin və kökünün yoxlanılması (vəhşi ferma heyvanları)
süd məhsulları: istifadə edilən yem növlərinin yoxlanılması (ot və ya qarğıdalı silosu kimi, durulaşdırmanın aşkar edilməsi, aromatların yoxlanılması (məsələn, meyvə, vanil və s.); coğrafi mənşəyin yoxlanılması
dənli bitkilər: növlərin müəyyən edilməsi; coğrafi mənşəyin yoxlanılması
basmati düyüsü: düyüdəki basmati səviyyəsinin müəyyənləşdirilməsi