JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Analizi Qrupları >> Mineral Yağ Analizləri (MOSH / POSH / MOAH)

Mineral Yağ Analizləri (MOSH / POSH / MOAH)

Sidebar Image

Hazırda mineral yağlar bir çox qida məhsulunda və emal olunmuş qidalarda olub, istehsal prosesinin istənilən bir mərhələsində və ticarət zənciri müddətində mövcud ola bilərlər. Potensial mənbələr yanacaq, işlənmiş qaz dumanı, tozun qarşısını alan və səth təmizləyici məhsullar, yağlar, qablaşdırma materialları və s. Qida istehsalçıları ilə yanaşı, analitik laboratoriyalar da çirçlənmə mənbəyini və nöqtəsini müəyyənləşdirməkdə olduqca böyük çətinliklərlə qarşı-qarşıya qalırlar.   

Mineral yağla çirklənmə ilə bağlı məhsul qrupları düyü, taxıl, un, şokoladlı məhsullar, ədviyyat (məsələn, bibər) maye və bərk yağlarla yanaşı, həddindən artıq emal olunmuş qidalardır. 

MOSH, MOAH, POSH

Qeyd edilən mineral yağ fraksiyası, əsasən, fosil mənbəli mürəkkəb karbohidrogenlərin (c10- dan c50yə qədər) qarışığından yaranır.

Mineral yağlar, doymuş karbohidrogen mineral yağlar (MOSH), eyni zamanda 15-35% faiz aromatik karbohidrogen mineral yağlardan (MOAH) təşkil olunmuşdur.

Kanserogen və struktur olaraq əlaqəli olan PAH-dan fərqli olaraq, MOAH-lar mürəkkəb birləşmələrdən təşkil olunurlar və toksiklikləri məlum deyil.

MOSH və MOAH-larla yanaşı, POSH-lardan (Poliolefin oliqomerik doymuş karbohidrogenlər) da daha tez-tez bəhs olunur. Bunlar potensial olaraq plastik qablaşdırmalar (PE və PP) tərəfindən çirklənən oliqomerik maddələrdir. 

Üzvi çirkləndiricilərin Analizi Uyğunluq Mərkəzindəki mütəxəssislərimiz qida matrislərindəki mineral yağların analizində uzunmüddətli təcrübəyə malikdirlər.

Yeni bir onlayn-HPLC-GC üsulu vasitəsilə MOSH/POSH və MOAH-nın vahid xromotoqrafiyası daxilində ölçə həyata keçirmək mümkündür.