Virus Testləri
Hazırda Avropada kütləvi qida zəhərlənmələrinin 20%-nə qidadan qaynaqlanan viruslar səbəb olur. Çirklənmə barədə məlumat verilməsi hallarının sayı ildən-ilə artdığı üçün bu problem müştərilərimiz üçün keyfiyyət təhlükəsizliyi baxımından əhəmiyyətli bir hala çevrilmişdir.
Əsas virus növləri
Noroviris G1/GII (rast gəlinən halların 90%-i): qastorenterit problemlər
Hepatit A: Temperatur, sarılıq, mədə problemləri
Daha az rast gəlinən digər viruslar: Sapovirus, Rota Virus, Reovirus, Hepatit E
Bu örtüksüz RNA viruslarının yoluxdurma riskləri çox yüksəkdir. Eyni zamanda, pasterizasiya, donduraraq qurutma, bişirmə kimi əməliyyatlara qarşı da davamlıdırlar. Qısa zamanda və asanlıqla yayılaraq, infeksiyalar əmələ gətirə bilərlər. bu səbəbdən, onlara nəzarət edilməsi çətinlik törədir.
Risk subyekti olan məhsullardan bəziləri:
- Meyvə
- Çiy tərəvəzlər
- Qabıqlı dəniz məhsulları və molyusklar
- Ot və ədviyyatlar
- Termal prosedur tətbiq edilməmiş hazır qidalar
- Sular
- Səthlər (fəaliyyət əraziləri, istehsal şəridləri və s.)
Qidadan qaynaqlanan virusların testi keyfiyyət və təhlükəsizlik baxımından lazımi bir addımdır.
Son böhranlar və inkişaf etməkdə olan ölkələrdən xammal təmini kənd təsərrüfatı sənayesinin bütün komponentləri tərəfindən virusların yoluxma riskləri mövzusunda məlumatlılığı artırmışdır (2012-ci lin oktyabr ayında Almaniyada 11 000 uşağın Çin mənşəli çiyələklərdən yaşadığı sağlamlıq problemi və s.).
Həmçinin qanunvericilik ( EC 2073 / 2005 ) qidaların tərkibində insan sağlamlığı üçün risk təşkil edə biləcək miqdarlarda mikroorqanizm, toksin və metabolitlərin olmaması ilə bağlı tələblər müəyyənləşdirir.
Avropada 2012-ci ilin dekabr ayından etibarən bir əsasnamə ( 1235/2012) vasitəsilə Çindən dondurulmuş çiyələk ixracında həyata keçiriləcək rəsmi yoxlamaların səviyyəsi artırılmışdır.
Çirklənmələr yalnız məhsulun kənarlaşdırılması olmayıb, eyni zamanda, ticarət nişanının imicinin qorunması problemlərinə və hətta məsuliyyətə cəlb edilmə kimi ciddi nəticələrə yol aça bilər.