JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Analizi Qrupları >> Allergenlər

Allergenlər

Sidebar Image

Son bir neçə ildə qida allergiyaları getdikcə geniş yayılmaqdadır. Təxminlərə görə, qida istehlakından sonra yaranan allergiya əlamətləri uşaqlarda 4-6%, yetkinlik yaşına çatmışlarda isə 2-4% səviyyəsindədir. Bu, həyat keyfiyyətini ciddi şəkildə azaldır, hətta həyatı təhlükə altına belə sala bilər (anafilaktik şok). Qida allergiyaları ilə yanaşı, laktoza kimi qida intoleransları və ya qarın boşluğu xəstəliyi (qlüten intoleransı) da geniş yayılmışdır. Belə ki qarın boşluğu xəstəliyi 0,3-0,5% tezlik intervalı ilə Avropada ən geniş yayılmış genetic xəstəlikdir. 

Allergiya problemi olan insanların allergiya yaradan maddələrdən tamamilə uzaqlaşması tələb olunur ki, bu da yalnız qidanın tərkibi və əlavə faydaları barədə ətraflı məlumat təmin edilməsi vasitəsilə mümkündür. 

Almaniyanın əvvəlki qida əsasnaməsində (LMKV) allergenlərin etiketlənməsi üçün allergiya və intolerans yaradan 14 maddənin siyahısı verilmişdir. 2014-cü ilin dekabr ayından etibarən Avropada allergenlərin etiketlənməsi 22 noyabr 2011-ci il tarixli 1169/2011 saylı qanunla yenidən müəyyənləşdirilmişdir. Burada, qeyd edilən 14 allergen yazı növü və ya rəng fərqi ilə qablaşdırmada vurğulanmalıdır. Çarpaz çirklənmə yolu ilə allergenlərlə çirkləndirilən məhsullar da məhsulların uyğunluğu çərçivəsində qiymətləndirilməlidir.  

Qidalardakı allergenlərin müəyyənləşdirilməsi, əsasən, qidalardakı zülalları aşkar edən ELISA əsaslı test sistemləri tərəfindən həyata keçirilir. Ayrıca, alerjen gıdalarda DNA tayini yapan bir dizi PCR testleri de mevcuttur. 

Eurofins bu sahədə LC-MS/MS metodu və eyni zamanda, ayrıca 7 allergen testi təmin edə bilən ilk laboratoriyadır.