JavaScript is disabled. Please enable to continue!

Mobile search icon
Qidaların Analizi >> Qida Analizi Qrupları >> GDO

GDO

Sidebar Image

GDO testi yalnız geni dəyişdirilmiş orqanizmlərin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Əkinlərin getdikcə çoxalması, ölkələrarası ticarət və ölkələrə görə dəyişən fərqli təsdiq olunma limitləri toxum, qida və yemlərdə ixtisaslaşmış, məhsula uyğunlaşdırılmış analiz strategiyalarına və səlahiyyətli orqanlarla məsləhətləşməyə ehtiyac yaratmışdır.

Klassik analiz strategiyaları 3 mərhələdə həyata keçirilməkdədir: 

  1.      GDO-ların müayinəsi – GDO-ların sürətli şəkildə və az xərclə müəyyənləşdirilməsi

GDO analiz strategiyaları, adətən, keyfiyyətə görə araşdırma ilə başlayır ki, bu da GDO-ların mövcudluğunun müəyyənləşdirilməsində təhlükəsiz bir araşdırmaya imksn yaradır. Xüsusilə, məhsullarını „Tərkibində GDO yoxdur“ etiketi ilə bazara çıxarmaq istəyən istehsalçılar üçün hərtərəfli bir araşdırılma metodu vacib əhəmiyyət kəsb edir.

  1.      GDO-ların eyniləşdirilməsi – Məhsulların alqı-satqı qabiliyyətinin təmin edilməsi

Bir çox regionlarda təsdiq edilməmiş GDO-lar üçün 0% tolerans və ya çox aşağı limitlər mövcuddur. Əgər müəyyən bir ölkədə hər hansı bir GDO təsdiq edilməmişdirsə, lakin digər bir ölkədə həmin GDO təsdiq edilmişdirsə, bu vəziyyət ən kiçik GDO qalıqları olsa belə, məhsulun alqı-satqısında problemlər yarada bilər.

Belə təsdiqi olmayan GDO-lar spesifik müəyyənləşdirmə metodları vasitəsilə müəyyənləşdirilə və ya uzaqlaşdırıla bilər. Buna görə də spesifik müəyyənləşdirmə metodları xammalın və emal prosesindən keçmiş məhsulların alqı-satqısı istiqamətində vacib bir təsdiqetmədir.    

  1.      GDO-ların kəmiyyətinin müəyyənləşdirilməsi – Etiketləməyə dair qərar

Genetik olaraq dəyişdirilmiş orqanizmlərlə yanaşı, müəyyən bir həddi aşan GDO tərkibləri də ölkələrə görə fərqli şəkildə müəyyənləşdirilir. Avropa İttifaqında, məsələn, texniki olaraq təsdiq edilmiş GDO-ların təsadüfi və ya labüd çirklənmələrin 0,9%-nə qədəri etiketlənmədən azaddır.

Qida və yemlərdəki GDO-ların 0,9% həddini aşan hissələri Avropa İttifaqının müvafiq Əsasnaməsinə (EC) No.1830/2003 uyğun şəkildə etiketlənməlidir.

GDO-ların kəmiyyətinin müəyyənləşdirilməsi vasitəsilə GDO tərkibinin qanunvericiliklə icazə verilən hədlərdən aşağı və ya yuxarı olduğunu müəyyənləşdirmək olar.  

Yemlərdə (EC) No. 619/2011 saylı Əsasnamədə göstərilmiş tələblərə əməl edildiyi halda, 0,1% həddinədək təsdiq edilməmiş GDO-ların olmasına yol verilir. Bu kimi məsələlərdə məhsulun alqı-satqı qabiliyyəti və etiketləmə tələblərinə cavab verməsi baxımından kəmiyyətin müəyyənləşdirilməsi əhəmiyyətlidir.  

Eurofins əhatəli GDO araşdırma metodları, GDO eyniləşdirmə və GDO kəmiyyətinin müəyyənləşdirilməsi testləri təklif edir.

Eurofins GDO Analizləri Uyğunluq Mərkəzi öz sahəsində peşəkar texniki heyəti vasitəsilə müştərilərimiz üçün xüsusi olaraq hazırlanmış, toxumdan hazır məhsula qədər bütün istehsal zəncirində istehsalçılara öz məhsullarının keyfiyyətini təmin edəcək hərtərəfli analiz strategiyaları təklif edir.

Avropa qanunvericiliyi

  •          2001/18 / EC saylı təlimat (ətraf mühitə qəsdən genetik olaraq dəyişdirilmiş orqanizmlər atma)
  •         1829/2003 / EC saylı əsasnamə (genetik olaraq dəyişdirilmiş qida və yem)
  •         619/2011 / EU saylı əsasnamə (yemlərdə GDO)
  •         1830/2003 / EC saylı əsasnamə (GDO-ların müşahidəsi və etiketlənməsi)
  •         Gentechnik-Durchführungsgesetz (EGGenTDurchfG) (Alman dilində)